EN

Əfqanıstanda yeni qanunla fiziki cəza tətbiq etməyə icazə verilir. » AzadMedia.az

Əfqanıstanda


Afghanistanda hakimiyyətdə olan Taliban yeni cinayət məcəlləsi qəbul edib. Bu barədə The Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, 90 səhifəlik “De Mahakumu Jazaai Osulnama” adlanan sənəd Talibanın ali lideri Hibatullah Akhundzada tərəfindən imzalanıb və artıq ölkə məhkəmələrinə paylanıb.

Qeyd olunur ki, yeni məcəlləyə əsasən, ərlərə arvadlarına “ciddi bədən xəsarəti yetirilmədiyi” halda fiziki cəza tətbiq etməyə icazə verilir. Sənəddə cəmiyyət müxtəlif kateqoriyalara bölünür və cəzalar şəxsin sosial statusuna görə fərqləndirilir.

Məcəllənin 9-cu maddəsinə əsasən, Əfqanıstan cəmiyyəti dörd təbəqəyə ayrılır: dini alimlər (ulama), elita (əşraf), orta təbəqə və aşağı təbəqə. Sənəddə hüquq pozanların “azad” və ya “qul” kimi təsnif edildiyi, qadınların isə qullarla eyni səviyyədə göstərildiyi bildirilir.

Bəndlərə əsasən, “qul sahibi” kimi təqdim olunan şəxslərə — o cümlədən ərlərə — arvadlarına və tabeliyində olanlara fiziki cəza vermək səlahiyyəti tanınır. Eyni zamanda, dini alim və ya elita nümayəndəsi cinayət törətdikdə, cəza əsasən tövsiyə və ya məhkəməyə çağırışla məhdudlaşır.

Orta təbəqəyə mənsub şəxslər üçün eyni əmələ görə həbs cəzası nəzərdə tutulur. Aşağı təbəqə isə həm fiziki cəza, həm də azadlıqdan məhrumetmə ilə üzləşə bilər.

Yeni məcəllənin ölkə məhkəmələrinə göndərilməsi Əfqanıstan xaricində fəaliyyət göstərən hüquq müdafiəçiləri və fəallar arasında sosial şəbəkələrdə etiraz dalğasına səbəb olub.

Chosen
14
1
azadmedia.az

2Sources