EN

TƏCİLİ! İrəvanda kütləvi axtarışlara BAŞLANDI: Nə baş verir? – (VİDEO)

Ermənistan-ın paytaxtı İrəvan şəhərində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı axtarışlar aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin polis əməkdaşları Ermənistan İstintaq Komitəsi ilə birgə təxminən 40-a yaxın ünvanda istintaq tədbirləri həyata keçirir.

Məlumata görə, əməliyyatlar fevralın 18-də İrəvanda baş vermiş qətl, qətlə cəhd, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində aparılır. Hazırda ilkin istintaq davam etdirilir və hadisənin bütün detallarının araşdırılması məqsədilə müvafiq prosessual hərəkətlər icra olunur.

Rəsmi qurumlar əməliyyatların nəticələri ilə bağlı əlavə məlumatın veriləcəyini bildiriblər.

Natiq Səlim,
KONKRET.az

Chosen
55
konkret.az

1Sources