EN

Milli Özbəkistana da uduzdu

18 yaşadək futbolçulardan ibarət millimiz Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan yığma Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.

U-18 qrupda son oyununu sabah Belarus seçməsinə qarşı keçirəcək. Yığma ilk matçda Rusiyaya 1:7 hesabı ilə uduzmuşdu.

Chosen
15
3
football-plus.az

7Sources