Gəncədə dərmandan zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib. Kəlbəcər rayon sakini, 1993-cü il təvəllüdlü R.Sarıyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 33 yaşlı kişinin hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil.
Fakt araşdırılır.
Tural Əhmədov