EN

Fransa çempionatı: “Marsel” “Brest”ə məğlub olub

Fransa çempionatının 23-cü turunda “Brest” “Marsel”i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz-in məlumatına görə, Lüdokik Ayorke hər iki qolu ilk hissədə - 10-cu və 29-cu dəqiqələrdə vurub.

Qonaqlar ikinci hissədə fərqi azaltmaq şansına malik olsalar da, Meyson Qrinvud 83-cü dəqiqədə penaltidən yararlana bilməyib.

23 turdan sonra “Marsel” 40 xalla dördüncü yerdədir, “Brest” isə 30 xalla 11-ci yerdədir. Növbəti turda “Marsel” “Lion”la, “Brest” isə “Metz”lə qarşılaşacaq.

İdman.Biz
Chosen
32
1
idman.biz

2Sources