EN

“Atletik Bilbao” “Elçe”ni məğlub etdi

Bakı. Trend:

İspaniya çempionatının 25-ci turunda "Atletik Bilbao" "Elçe"ni2:1 hesabı ilə məğlub edib.

Trend-inməlumatına görə, Qorka Quruzeta 64-cü dəqiqədə hesabı açıb. Beşdəqiqə sonra Andre Silva penalti zərbəsi ilə bərabərlik qolunuvurub. Quruzeta 89-cu dəqiqədə ikinci dəfə fərqlənərək evsahiblərinin qələbəsini təmin edib.

25 turdan sonra “Atletik” 34 xalla səkkizinci pillədəqərarlaşıb, 25 xala malik “Elçe” isə 16-cı yerdədir. Növbəti turda“Elçe” "RCD Espanyol"la, "Atletik Bilbao" isə "Rayo Valyekano" iləüz-üzə gələcək.

Chosen
36
2
az.trend.az

3Sources