EN

“ChatGPT” ilə “məsləhətləşib” iki nəfəri öldürdü

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cənubi Koreyada iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı saxlanılan qadının qətlləri planlaşdırarkən “ChatGPT” süni intellekt alətindən istifadə etdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.

Qeyd edilib ki, 20 yaşlarında olan şübhəli ruhi xəstəliyi üçün təyin edilmiş reseptli dərmanları spirtli içkiyə qataraq, iki nəfəri zəhərləməkdə ittiham olunur. Hazırda o, məhkəmə qarşısına çıxarılıb və barəsində istintaq tədbirləri davam etdirilir.

Polisin bildirdiyinə görə, araşdırma zamanı şübhəlinin hadisələrdən əvvəl “ChatGPT” platformasında narkotik maddələrin təsiri ilə bağlı bir sıra suallar ünvanladığı müəyyən edilib. Onun “Alkoqol ilə yuxu dərmanı qəbul edildikdə nə baş verir?”, “Bu nə qədər təhlükəlidir?” və “Ölümcül ola bilərmi?” kimi suallar verdiyi qeyd olunur.

Hüquq-mühafizə orqanları hesab edir ki, bu sorğular şübhəlinin spirtli içki ilə dərmanların birlikdə qəbulunun ağır və hətta ölümcül nəticələrə səbəb ola biləcəyindən xəbərdar olduğunu göstərir.

İddialara əsasən, birinci hadisə qadının 20 yaşlarında bir kişi ilə motelə getməsindən sonra baş verib. Həmin şəxs ertəsi gün axşam saatlarında ölü tapılıb. Bildirilir ki, oxşar üsulla ikinci hadisə də başqa bir moteldə qeydə alınıb.

Məlumata görə, şübhəli qurbanlara təqdim etməzdən əvvəl psixiatrik reseptli dərmanları içkiyə qarışdırdığını etiraf edib. Faktla bağlı araşdırma davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
qafqazinfo.az

1Sources