Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Onlar dövlət başçılarının həyat yoldaşları kimi tanınsalar da, bir çoxalrı zamanla bu çərçivəni aşaraq sosial və humanitar layihələrin təşəbbüskarı, ictimai diplomatiyanın mühüm simasına çevriliblər.
Başqa sözlə, birinci xanımlar təkcə rəsmi mərasimlərin iştirakçısı deyil, həm də cəmiyyətin sosial, mədəni və humanitar həyatında fəal rol oynayan ictimai fiqurlardır. Onların fəaliyyəti ölkənin beynəlxalq imicinə təsir göstərir, ictimai problemlərin həllinə diqqət çəkir.Modern.az saytı “Birinci ledilər” rubrikasında Gürcüstan prezidenti Mixail Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi-Kavelaşvili haqqında yazını təqdim edir.Gürcüstanın hazırkı prezidentinin andiçmə mərasimi 29 dekabr 2024-cü il tarixində baş tutub. Tamar Baqrationi də elə həmin tarixdən etibarən birinci xanım statusuna malik olub.Mixail Kavelaşvili prezident seçilməzdən əvvəl futbolçu və deputat kimi tanınıb. O, Gürcüstanın milli futbol komandasının keçmiş hücumçusu olub.

2016-cı ildə siyasətə qoşulan M.Kavelaşvili Gürcüstan parlamentinin 9-cu və 10-cu çağırışlarının deputatı seçilib olub.Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub. Onun uğurlu futbol karyerası 1990-cı ildə başlayıb: 1988-ci ildən 1995-ci ilə qədər o, Tbilisi "Dinamo"sunda, 1994-cü ildən 1995-ci ilə qədər "Alaniya-Vladikavkaz"da və 1995-ci ildən 1997-ci ilə qədər "Mançester Siti" komandalarında oynayıb. Kavelaşvili Gürcüstan milli komandasında 46 oyun keçirib.
M.Kavelaşvili 1989-cu ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, lakin ikinci kursdan sonra təhsilini yarımçıq qoyub və diplom ala bilməyib. Bu məlumat 2015-ci ildə onun Gürcüstan Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürməyə çalışarkən məlum olub. Həmin vaxt ali təhsilini təsdiq edən heç bir sənədi olmadığı üçün Kavelaşvili Gürcüstan Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürə bilməyib.
Gürcüstanın birinci xanımı Tamar Baqrationi-Kavelaşvili zadəgan nəslindəndir.
Onun ailəsi VIII çar Georginin nəslinin Baqrationi sülaləsinin kiçik qoluna mənsubdur.

Gürcüstan prezidenti Mixail Kavelaşvili və Tamar Baqrationinin üç övladı var: 1996-cı il təvəllüdlü Mariam (o, Böyük Britaniyanın Mançester şəhərində anadan olub); 2001-ci il təvəllüdlü Quram (İsveçrənin Sürix şəhərində anadan olub); və 2013-cü il təvəllüdlü Elizabet (Tbilisidə anadan olub).
Bu, Tamar Baqrationinin ikinci evliliyidir. Onun əvvəlki ərindən Giorgi İvanişvili adlı bir oğlu da var. Tamar Baqrationi ilk dəfə siyasətçi Nikoloz İvanişvilinin qardaşı Biçi İvanişvili ilə evlənib, lakin vu evlilik uzun sürməub. Biçi İvanişvili vəfat edib.Haqqında yayılan xəbərlərinə görə, Tamar Baqrationi ilk övladını erkən yaşda dünyaya gətirib - 18 yaşında. 1989-cu ildə Tbilisidə anadan olan həmin oğlan - Giorgi İvanişvili indi futbolçudur. O, Gürcüstanın gənclər komandasının keçmiş üzvüdür. G.İvanişvili son illərdə “Çixura” komandasında oynayır.Tamar Baqrationi məşhur gürcü müğənnisi Liza Baqrationinin bacısı kimi də tanınır.
Tamar Baqrationi də Mixail Kavelaşvili kimi 1971-ci ildə anadan olub. Amma o, ərindən iki ay böyükdür.
Gürcüstan mediasının yazdığına görə, Tamar Baqrationi nadir hallarda ictimai tədbirlərdə və ya sosial mediada görünür, Ailə üzvləri və dostları Tamar Baqrationini öz aralarında Tau adlandırırlar.29 dekabr 2024-cü il tarixindən etibarən Gürcüstanın birinci ledisi statusunu daşıması Tamar Baqrationiyə ölkənin ictimai-mədəni məkanında rəsmi təmsilçi rolu qazandırıb.O, ailə, mədəniyyət və humanitar dəyərlər sahəsində fəal iştirakı ilə seçilir.

Qeyd edilməlidir ki, birinci ledilər adətən ölkənin diplomatik, sosial və humanitar tədbirlərdə təmsilçisi funksiyasını yerinə yetirir və bu, Tamar Baqrationi üçün də keçərlidir.
Tamar Baqrationi Gürcüstanın dövlət başçısı ilə bərabər həm diplomatik, həm də mədəni səfərlərdə iştirak edir:
Məsələn, Türkiyəyə rəsmi səfər zamanı o, birinci xanım Əminə Ərdoğanla görüşərək “Qlobal sıfır tullantı yaxşı niyyət Bəyannaməsi”nə dəstəyini ifadə edib və bu təşəbbüsə imza atıb.
Sərbəst diplomatik görüşlər çərçivəsində o, beynəlxalq mədəniyyət və ailə dəyərləri mövzularında fikir mübadiləsi aparıb.
Digər rəsmi tədbirlərdə, məsələn Xorvatiya birinci ledisini Tbilisidə qəbul etmək kimi mədəni tədbirlərdə də birinci xanım kimi ölkəni təmsil edib.
Birinci ledi olaraq Tamar Baqrationi mədəniyyət və təhsil sahəsində qarşılıqlı əlaqələri dəstəkləyir, qlobal və regional layihələrə diqqət göstərir (məsələn, ətraf mühitin qorunması və s.).
Tamar Baqrationi çıxışlarında ailə dəyərlərinin önəmini vurğulayır və bu dəyərlərin mədəni-ictimai müstəvidə genişləndirilməsi üçün dəstək ifadə edir.
O, həm də ölkəsinin mədəni səfiri kimi çıxış edir.
Mixail Kavelaşvili böyük qızı Mariamla...
Tamar Baqrationinin birinci evlilikdən doğulan oğlu Georgi İvanişvili.
Kavelaşvili ailəsi...
Çar nəslindən olan birinci xanım Tamar Baqrationi...A.Qorxmaz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.