EN

“Martın 8-də vəfat etdi, elə bil xanımını təbrik edirdi” – Xatirə

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mərhum Xalq artisti Əliabbas Qədirovla bağlı xatirəsini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, o, Dövlət Akademik Milli Dram Teatrının keçmiş bədii rəhbəri və direktorunu 1992-ci ildən tanıdığını qeyd edib:

"O zaman Milli teatrda təmir işləri gedirdi. Mən də hər həftə rəhmətlik Həsənağa Turabovla birgə təmirlə bağlı planlaşdırma iclası keçirirdik. Əliabbas müəllimlə də orda tanış olmuşduq. Hərdən rayon İH-yə gəlib teartrda işləyən aktyorlar üçün nəsə xahişlər edirdi. O zaman ağır dövr idi. Amma heç zaman özü üçün nəsə xahiş etmədi. Sonralar Milli Parkdakı məşhur çayxanada dəfələrlə çay içib söhbətlər edirdik.

Ələbbas müəllimin qızlarıdan biri ilə (Gültəkin xanımla) qonşuyam (rəhmətli Cabir Novruzun gəlini). Hərdən də həyətdə rastlaşb söhbət edirdik. Son dəfə binanın blokonda rastlaşdıq. Martın 6-sı, ya 7-si idi. O, qızıgildən düşürdü, mən isə evə qalxırdım. Rəngi qaçmışdı. Hiss olunurdu ki, ağır xəstədir.

Kef-əhval soruşdum. Dedi ki, arvad öləndən sonra ev başıma dar gəlir. O geniş evdə elə bilirəm ki, qəfəsdəyəm.

Çoxdan tanış olsaq da, həmişə ailəyə aid olmayan söhbətlərimiz olurdu. Bu dəfə dərdini açdı. Məni təccüblədirdi. Dedi ki, Sahib, mən xanımımdan sonra çox yaşaya bilməyəcəm. Xeyli bu mövzuda danışdı. Təskinlik vermək üçün söz də tapmadım. Getdi və martın 8-də vəfat etdi. Elə bil xanımının qadınlar bayramını təbrik etdi.

20 il keçir..."


Telegram kanalımız
Chosen
18
yenisabah.az

1Sources