Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 06:43-də baş verən zəlzələ yerin 9,39 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.