Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, onlardan biri ölüb, digəri xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Səhər saatlarında Salyan rayonunun Kürsəngi kəndin ərazisində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.
Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini 42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb.
Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.