EN

Bakının məşhur restoranlarında İFTAR qiymətləri – ARAŞDIRMA

Hər il olduğu kimi, bu il də Ramazan ayının gəlişi ilə bir çox restoran və iaşə obyektləri xüsusi iftar menyuları təqdim edir. Bu menyular həm qiymət, həm də tərkib baxımından bir-birindən fərqlənir və müxtəlif büdcələrə uyğun seçimlər təklif olunur.

Qiymətlər isə restoranın səviyyəsindən, yerləşdiyi məkandan və təqdim olunan menyunun zənginliyindən asılı olaraq dəyişir.

Bizim.Media bir çox restorandakı qiymətləri araşdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ramazan ayında qidalanma və fiziki aktivlik - Tövsiyələr


Qoç ət”də iftar menyusu yoxdur. Burada Ramazan ayında da digər günlərdə təklif edilən menyu təqdim olunur. Lakin restoran müştərilərinə yalnız iftar saatından sonra xidmət göstərir.

“Fairmont” bir nəfər üçün qiymət 60 manat, beynəlxalq menyuda isə 90 manatdır.  Bu menyu əcnəbi vətəndaşlar üçün təqdim edilir.

“Fisincan” restoranında əsas yemək olaraq, toyuq, ət yaxud balıq seçilir. Bundan əlavə, qarnir, içki və şirniyyatla çay 30 manatlıq iftar süfrəsinə daxil edilir.

“Caravan Baku”da iftar menyusu 25 manata təklif olunur. Toyuq, mərci  yaxud düşbərə şorbasl, pendir və ya qarışıq turşu, sezar, paytaxt və ya toyuq salatı, yarpaq dolması, düyü və ya steyki,  lülə, tikə və ya toyuq kabablarından birini seçmək imkanı yaradılır.

“Özsüt” restoranında menyu 35 manatdır və 10% xidmət haqqı ödənilir. İmsak menyusu isə bəzi günlərdə verilir.

“Mado” da iftar menyusu toyuq  menyusu 25, ət menyusu olduqda isə 27 manat təşkil edir. Menyuda şorba, qarnir, salat və şirə təklif olunur. İmsak menyusu isə yalnız Nərimanov filialında təklif edilir.

“La Kükü” restoranında 1 nəfərlik menyu 20 manatdır. Menyuda şorba, salat əsas yemək kimi verilir.

“Bayıldım” restoranında isə bir nəfərlik iftar menyusu yoxdur. Burada iftar menyusunun verilməsi yalnız 2 nəfərdən başlanılır.

2 nəfərlik menyu 49, 4 nəfərlik menyu isə 69 manat təşkil edir. Menyuya mərci şorbası, çoban salatı,  ağ pendir, qazlı su, özbək plovu və kabab daxildir.

“Four Seasons Hotel Baku”da yerləşən “Zafferano” restoranında isə iftar menyusu 110 manata təklif edilir.

Göründüyü kimi, iftar menyuları 20 manatdan başlayaraq 110 manata qədər təklif edilir.

Naibə Məmmədova, Bizim.Media

Chosen
6
1
bizim.media

10Sources