Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərbküləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanınbəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir, axşamadoğru zəifləyəcək.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətiməlumat yayıb.
Bildirilib ki, yanvarın 5-i gündüz qərb rayonlarındanbaşlayaraq, 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq vədağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə(Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensivolacağı ehtimalı var.
Yanvarın 4-ü axşam, 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdəarabir 30 m/s-dək güclənəcəyi gözlənilir.