Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Əməliyyatlar ümumilikdə 93 ünvan üzrə keçirilib.
Türkiyənin Respublika Baş Prokurorluqları və Jandarmaya tabe olan Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin əlaqələndirməsi ilə aparılan tədbirlər çərçivəsində sahə araşdırmaları, təhlil və izləmə fəaliyyəti yüksək dəqiqliklə icra olunub. Şübhəlilər texniki və fiziki nəzarət vasitəsilə izlənilib, cinayət fəaliyyətləri sübutlarla təsdiqlənib.
Adana, Balıkesir, Nevşehir, Çanaqqala və Bursa vilayətlərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı 83 min 625 ədəd narkotik həb, 11 kiloqram müxtəlif növ narkotik maddə, çoxlu sayda lisenziyasız tapança, ov tüfəngi, narkotik istifadə aparatları və həssas tərəzi ələ keçirilib.
Əməliyyatın gedişində ümumilikdə 346 nəfər şübhəli şəxs qismində saxlanılıb.