EN

ABŞ klubu ilə anlaşan Nərimanın işində PROBLEM YARANDI

MLS təmsilçisi "Kolambus Kryu"ya keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə gedişi ləngiyə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə hücumçunun meneceri Tural Əsgərov məlumat verib.

O, 21 yaşlı futbolçunun hələ viza almadığını bildirib: “Məsələ gələn həftə həll olunmalıdır. Amma ləngiyə də bilər. Səfərin martın əvvəlinə kimi baş tutacağına ümidliyik”.

Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. “Qarabağ” bu keçiddən 1,2 milyon avro qazanıb.

Chosen
12
sportinfo.az

1Sources