EN

Güləş hakimliyindən Badminton Federasiyasının baş katibliyinə

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Msport.az xəbər verir ki, bu haqda federasiyanın mətbuat xidməti məlumat yayıb.

Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Ə.Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi olub. Cəfərov Olimpiya kateqoriyalı hakim kimi London Olimpiya oyunlarının güləş yarışlarında hakimlik edib.  O, bir ara Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) direktoru vəzifəsində də çalışıb.

Chosen
23
4
msport.az

10Sources