EN

Türkiyə və Rusiya arasında iqtisadi əməkdaşlıq genişlənir

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Ticarət naziri Ömər Bolat Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə ikitərəfli görüş keçirib.

TurkicWorld xəbər verir ki, Bolat görüşlə bağlı məlumatı sosial media hesabında paylaşıb.

Bildirilib ki, tərəflər Türk–Rusiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədrləri qismində bir araya gəliblər və danışıqlar məhsuldar keçib.

Görüş zamanı əsas müzakirə mövzusu iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar olub. Tərəflər ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud əməkdaşlığın davamlılığının gücləndirilməsi məsələlərində razılıq əldə ediblər.

Bolat qeyd edib ki, qlobal və regional çağırışların yaratdığı yeni şərait fonunda Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yolları ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün iki ölkə arasında strateji iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Chosen
9
turkic.world

1Sources