EN

Rusiya, Çin və İran İranın nüvə proqramı ətrafındakı vəziyyətin həllində mövqe açıqladılar » AzadMedia.az


İranın nüvə proqramı ətrafında böhranın nizamlanması müstəsna olaraq diplomatik yolla baş verməlidir.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, o, bu həftə Çin və İrandan olan həmkarları ilə birlikdə MAQATE-nin baş direktoru Rafael Qrossiyə İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatiya yolu ilə həll edilməli olduğunu çatdırıb.
"Rusiyanın, Çinin və İranın Vyanadakı daimi nümayəndəlikləri sıx əməkdaşlığı davam etdirir və öz mövqelərini koordinasiya edirlər" – Mixail Ulyanov
O qeyd edib ki, fevralın 18-də üç ölkənin daimi nümayəndələrinin Qrossi ilə görüşü olub və bu görüşdə Moskva, Pekin və Tehranın İran İslam Respublikasının nüvə proqramı ətrafında böhranlı vəziyyətlərin yaranması risklərinin azaldılması məsələləri üzrə vahid, razılaşdırılmış mövqeyi Agentlik rəhbərinə çatdırılıb.
"Bu kontekstdə mövcud olan bütün problemlərin müstəsna olaraq siyasi-diplomatik yolla nizamlanması zərurətinə xüsusi diqqət yetirilib" – Mixail Ulyanov
Diplomat əlavə edib ki, Rusiya, Çin və İİR bu məsələdə əməkdaşlığı davam etdirəcəklər, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Вестник Кавказа
Chosen
19
1
azadmedia.az

2Sources