EN

Lebron, Lebron, yenə də Lebron...

MBA-da hbütün gözlər Ulduzların oyununa və onun çərçivəsində keçirilən başqa müsabiqələrə yönəlmişdi. Amma fevralın 13-də müntəzəm çempionat çərçivəsində üç oyun keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Leykers”in forvardı Lebdon Ceyms “Minnesota” ilə oyunda (124:104) 41 yaş 44 günlüyündə tripl-dabl etdi. 28 xal toplayan, 12 məhsuldar ötürmə verən, 10 ribaund edən amerikalı ulduz liqanın tarixinə bunu bacaran ən yaşlı oyunçu kimi düşdü. Əvvəlki rekord 2003-cü ildə “Leykers”in heyətində 40 yaş 127 günlüyündə tripl-dabl edən Karl Melouna məxsus idi.

Lebron MBA-da 23-cü mövsümünü keçiri ki, bu da liqanın rekordudu. Onun “Leykers”, “Mayami” və “Klivlend”in heyətində 4 dəfə çempion olduğunu da xatırladaq.

13 fevral
Oklahoma-Siti – Miluoki 93:110 (25:30, 30:37, 18:22, 20:21)
Yuta – Portlend 119:135 (31:28, 32:33, 23:40, 33:34)
Leykers – Dallas 124:104 (36:31, 28:32, 32:19, 28:22)

Chosen
16
1
football-plus.az

2Sources