EN

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start verildi

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku və “AGF Trophy” beynəlxalq turniri start götürüb.

90deqiqe.Az-ın məlumata görə, yarışlar Milli Gimnastika Arenası-nda keçirilir. Turnirdə ev sahibi Azərbaycanla yanaşı, Qazaxıstan, Polşa, Türkiyə və ABŞ idmançıları, eləcə də neytral statusda çıxış edən gimnastlar iştirak edirlər.

Gimnastlar fərdi və sinxron proqramlar üzrə bacarıqlarını nümayiş etdirərək medal uğrunda mübarizə aparırlar. Yarış proqramı həm böyüklər, həm də gənclər arasında yüksək rəqabət vəd edir.

Azərbaycan millisinin heyətində Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova və Ayan Şabanova yer alıblar. Təmsilçilərimizin doğma azarkeşlər önündə uğurlu çıxışı əsas gözləntilər sırasındadır.

Qeyd edək ki, Dünya Kubokuna fevralın 22-də yekun vurulacaq. Turnirin qalibləri və mükafatçıları son yarış günündə müəyyənləşəcək.

Chosen
14
90deqiqe.az

1Sources