EN

Xidməti vəzifəsi zamanı həlak olan FHN əməkdaşının vida mərasimi keçirilir FOTO

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Hakim Piriyevin vida mərasimi keçirilir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, mərhum bu gün Salyan rayonunun Şorsulu kəndində torpağa tapşırılacaq.

Mərasimdə FHN-in rəhbər şəxsləri iştirak edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
sherg.az

3Sources