EN

15 il sonra Ramazanda bunu edə bildilər Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Suriyada 15 illik fasilədən sonra iftar vaxtı “Ramazan topu” səsləndirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir paytaxt Şam şəhərində Suriya Ordusu bölmələrinin iştirakı ilə təşkil olunub. 

Bildirilib ki, bunun məqsədi ölkədə Ramazan ayına xas ənənələrdən birini yenidən canlandırmaqdır. 

“Ramazan topu” ənənəsi əsasən ərəb və İslam ölkələrində iftar vaxtının elan edilməsi üçün tətbiq olunur.

Qeyd edək ki, Suriyada bu tədbirin icrası 2011-ci ildə başlayan vətəndaş müharibəsi dövründə təhlükəsizlik səbəbləri və silah istifadəsinə qoyulan məhdudiyyətlər səbəbindən dayandırılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
5
qafqazinfo.az

6Sources