EN

Bakıda avtoyuma məntəqəsindən maşın QAÇIRILDI

Ajans.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini “sürərək qurutmaq” bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Chosen
4
19
Ajans.az

10Sources