ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub. Çoxsaylı ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbayacan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Fuad Salayev, s.ü.f.d. Telman İbrahimov, Davud Kazımovun oğlu, AzRA-nın professoru Akif Kazımov çıxış ediblər. Çıxışlarda görkəmli rəssam Davud Kazımovun Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən, milli rəngkarlıq məktəbinə verdiyi töhfələrdən, gənc rəssamların formalaşmasındakı rolundan bəhs edilib, yüksək insani keyfiyyətləri, tələbələrinə olan qayğıkeş münasibəti ilə bağlı səmimi xatirələr bölüşülüb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley sərgisində Xalq rəssamı Davud Kazımovun 40-a yaxın rəngkarlıq əsəri nümayiş etdirilir. Zəngin yaradıcılıq irsinə malik sənətkarın AMİM-nin və şəxsi kolleksiyalardan seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən əsərləri tematika üzrə bölünmüş zallarda təqdim olunur.Davud Kazımov Azərbaycan təsviri sənətində lirik mənzərələri, əmək mövzusuna həsr olunmuş süjetli tabloları və yüksək peşəkarlıqla işlənmiş qrafika nümunələri ilə özünəməxsus yer tutur. O, öz yaradıcılığında ölkəmizin cənub rayonlarının təbiəti və insanlarını, eləcə də "Neft daşları" mövzusunda Xəzər neftçilərinin romantik həyatını böyük sənətkarlıqla əbədiləşdirib. Bolqarıstan, İspaniya və digər ölkələrə səfərləri zamanı canlı müşahidə və təəssüratları əsasında yaratdığı silsilə əsərlər Davud Kazımovun sənət dünyasını daha da zənginləşdirib. Rəssamın Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Mirzə Əli Möcüz kimi ədiblərin əsərlərinə verdiyi bədii tərtibat isə kitab illüstrasiyası sahəsində dəyərli töhfələrdir.Ekspozisiyada müəllifin natürmort, portret və tematik tabloları xüsusi yer tutur. İlk zalda nümayiş olunan "Nərgizlər", "Xrizantemlər", "Astralar" kimi çiçək natürmortları rəssamın zərif kolorit duyumunu və rəng harmoniyasına həssas yanaşmasını parlaq şəkildə əks etdirir. Bu əsərlərdə gül ləçəklərinin incə fakturası və işıq-kölgə keçidləri poetik ovqat yaradır və tamaşaçını estetik bir aləmə aparır.Dağ mənzərələri, "Səhər", "Qızmar gün" tablolarında təbiətin nəfəsi, gün işığının dinamizmi və füsunkar landşaftların emosional təsviri diqqəti cəlb edir. "Lənkəran qadınları" əsərində isə bölgə insanının xarakteri və həyat ritmi səmimi boyalarla təqdim olunur."Bolqarıstan silsiləsi", "Əlhambra" və "İspan rəqsi" əsərləri müəllifin xarici səfərlərdən aldığı təəssüratların bədii ümumiləşməsidir. Bu tablolar fərqli mədəni mühitlərin palitrasını, hərəkət və ritmini canlı kompozisiyalar vasitəsilə təqdim edir. "Ana", "Məhsul bayramı", "Bağda" kimi əsərlərdə əmək, torpaq və insan mövzusu mükəmməl bədii həllini tapıb, "Xəzərin yeraltı sərvətləri" tablosunda isə neftçilərin fədakar həyatı əks olunub.Ekspozisiyanın sonunda təqdim olunan videoçarx sənətkarın həyat və yaradıcılıq yoluna ümumi baxış imkanı yaradaraq ziyarətçilərdə dolğun təəssürat formalaşdırır.
Sərgi 31 mart 2026-cı il tarixinədək davam edəcək.İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.