11 yaşlı uşaq atasını kompyuter oyununa görə GÜLLƏLƏDİ - BU ÖLKƏDƏ
Ajans.az-ın məlumatına görə, hadisə uşağın doğum günü baş verib. Ata övladına yatma vaxtı olduğunu deyərək oyun konsolunu əlindən alıb. Bundan əsəbiləşən uşaq evdə konsolu axtararkən tapança tapıb. Azyaşlı silahı dolduraraq yataq otağına daxil olub və yatmış vəziyyətdə olan 42 yaşlı atası Douglas Dietzi güllələyib.