EN

"Tam hazır olduğunu görsəm, meydana buraxacam" - Mahirin baş məşqçisindən qayıdış anonsu!

"Kayzerslautern" ssbah 2-ci bundesliqanın 23-cü turunda "Münster"in qonağı olacaq və Mahir Emreli bu matçda meydana çıxa bilər!

"Football-plus.az"ın məlumatına görə, bu barədə "qırmızı iblislər"in baş məşqçisi Tomas Liberknext oyundan əvvəl keçirilən mətbuat konfransında danışıb.

Mütəxəssis start heyətində dəyişikliklər etmək niyyətində olduğunu ifadə edib:

"Mahir əvvəlki formasına qayıtmaq üzrədi. Məşqlərdə iştirak edir. Oyundan əvvəl keçiriləcək məşqdə də olacaq. Onu izlədikdən sonra yekun qərarımı verəcəm. Ötən həftə oynamadı. Çünki həlledici zərbələrin məşqi zamanı tərəddüdlü davranırdı. Mahiri başa düşürəm. Uzun müddət zədəli olduqdan sonra əvvəlki formanı bərpa etmək çətindi. Buna zaman lazımdı. Ancaq mütləq seçimlərim arasında olacaq. Çünki bu həftə çox yaxşı hazırlaşdı. Onunla danışmalıyam. Tam hazır olduğunu görsəm, meydana buraxacam".

Maraq üçün qeyd edək ki, "Kayzerslautern" 34 xalla 7-ci, "Münster" 23 xalla 16-cı yerdədi. "Qırmızı iblislər"in rəqibi 8 oyundu qələbə qazana bilmir.

Xatırladaq ki, Mahir sonuncu dəfə ötən il noyabrın 8-də meydana çıxıb.

KƏNAN BAHADIR
Chosen
22
1
football-plus.az

2Sources