EN

İran Aİ-nin hava və dəniz qüvvələrini “terror təşkilatı” elan etdi

İran hakimiyyəti Avropa İttifaqına üzv dövlətlərin hava və dəniz qüvvələrini terror təşkilatları elan edib.

Doğru.az xəbər verir ki, bu barədə İslam Respublikasının İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin Telegram kanalında dərc olunan bəyanatda bildirilir ki, “Avropa İttifaqına üzv bütün dövlətlərin dəniz və hava qüvvələri terror təşkilatları elan edilib”.

Qeyd olunub ki, qərar İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) terror təşkilatı kimi tanınmasına cavab olaraq qəbul edilən qanuna əsaslanır. Nazirlik vurğulayıb ki, sözügedən qanun ABŞ-ın qərarını dəstəkləyən ölkələrə də şamil olunur.

Daha əvvəl İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf qanunverici orqanın Aİ üzv dövlətlərinin ordularını terrorçu qurumlar kimi tanıdığını açıqlamışdı.

Bu addım Tehranın İİKK-nın Aİ-nin terrorçu təşkilatlar siyahısına daxil edilməsinə cavabı kimi qiymətləndirilir. Qeyd edək ki, Ukrayna da İİKK-nı rəsmi şəkildə terror təşkilatı kimi tanıyıb.

DOĞRU.AZ 

Chosen
33
8
dogru.az

10Sources