EN

KİV: III Çarlz polisin şahzadə Endryu ilə bağlı sənədlərə çıxışını təmin edib

ain.az, Sherg.az saytına istinadən bildirir.

KİV: III Çarlz polisin şahzadə Endryu ilə bağlı sənədlərə çıxışını təmin edib

Kral III Çarlz polisin qardaşı Endryu Mauntbatten-Vindzorun ölkənin xüsusi ticarət elçisi kimi fəaliyyəti ilə bağlı bütün sənədlərə, elektron poçtlara və hökumət sənədlərinə çıxışını təmin edib.

"Report" xəbər verir ki, "The Observer" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb.

"Biz (hüquq-mühafizə orqanları ilə) tam və səmimi əməkdaşlıq edəcəyimizi bildirmişik", - kralın ətrafındakı mənbə nəşrə bildirib.

Bununla yanaşı qeyd olunur ki, keçmiş şahzadənin 2022-ci ilə qədər şəxsi ofisi və mənzillərinin olduğu Bukinhem Sarayında axtarışların aparılıb-aparılmayacağı məlum deyil.

Qəzet həmşinin kralın ətrafının bəzi nümayəndələrinin qorxduğunu yazır: Mauntbetten-Vindzorun fəaliyyətinin araşdırılması, monarxın iqamətgahının yüksək səviyyəli işçilərinin keçmiş şahzadənin iddia edilən cinayətlərini gizlətməkdə iştirakını aşkarlaya bilər.

"Əgər bu baş veribsə, deməli, bu, əvvəlki dövlət başçısının (II Elizabetin) dövründə baş verib", - mənbə qeyd edib. O, əlavə edib ki, III Çarlz və taxt-tacın varisi, Uels şahzadəsi Şahzadə Uilyam o dövrdə belə qərarlar qəbul etmək iqtidarında deyildilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
sherg.az

2Sources