Misli Premyer Liqasının XXI turunda daha iki oyun bu gün keçiriləcək. Metbuat.az xəbər verir ki, ilk olaraq "Şamaxı" "İmişli"nin qonağı olacaq.Quba Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:30-da start götürəcək.Meydan sahibləri 19 xalla 9-cu, "Şamaxı" 24 xalla 8-ci pillədə qərarlaşıb.Günün ikinci görüşündə "Sabah" "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"kı oyun saat 17:00-da start götürəcək. Bakı klubu 49 xalla vahid liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.Misli Premyer LiqasıII dövrə, XXI tur22 fevral14:30. "İmişli" – "Şamaxı"Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.VAR: Rauf Cabarov.AVAR: Elşad Abdullayev.Hakim-inspektor: Əmrah İbrahimov.AFFA nümayəndəsi: Elman Musayev.Quba Olimpiya İdman Kompleksinin stadionu17:00. "Sabah" – "Kəpəz"Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.VAR: Əli Əliyev.AVAR: Kamran Bayramov.Hakim-inspektor: Rəhim Həsənov.AFFA nümayəndəsi: Kifayət Mustafayeva."Bank Respublika Arena"Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.