EN

Bakıda gömrük terminalında meyit tapıldı

Bakıda gömrük terminalında meyit tapılıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb.

Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib./APA


Telegram kanalımız
Chosen
8
4
yenisabah.az

9Sources