Misli Premyer Liqasında XXI tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "İmişli" və "Şamaxı" üz-üzə gələcək.
Görüş Qubada keçiriləcək.
"İmişli" 19 xalla 9-cu, "Şamaxı" isə 24 xalla 8-ci yerin sahibidir.
Misli Premyer Liqası, XXI tur
22 fevral (bazar)
14:30. “İmişli” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu