Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.