EN

Roma imperiyasından qədim, Azadlıq heykəlindən daha hündür ağac

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yer üzündə heç bir ağac ölçülərinə görə General Şerman ağacı ilə müqayisə edilə bilməz.

Qaynarinfo xəbər verir ki, bu barədə "Discoverwildlife" yazıb.

Qeyd olunur ki, Kaliforniyada, Sequoia Milli Parkında yerləşən bu nəhəng ağac təxminən 84 metr hündürlüyə çatır, yaşı təxminən 2200 ildir və çəkisi bir milyon kiloqramdan çoxdur.

General Şermanla bağlı maraqlı faktlar

Ağacın dəqiq hündürlüyü 83,8 metrdir. Müqayisə üçün deyək ki, bu, Nyu-Yorkdakı Azadlıq heykəlindən demək olar iki dəfə yüksəkdir - Həmin mis heykəl 46,05 metr hündürlüyə malikdir (əsasdan məşələ qədər).

ABŞ Milli Parklar Xidməti bildirir ki, ağacın gövdəsinin çəkisi təxminən 1 270 000 kiloqramdır - bu, 180 000 kiloqrama qədər çəkiyə malik 7 yetkin mavi balinanın çəkisinə bərabərdir.

"Visit Sequoia" saytında ağacın çəkisi bir qədər az göstərilir – təxminən 1 224 699 kiloqram.

Milli Parklar Xidmətinə görə, General Şerman ağacının gövdəsinin diametri əsasda 11,1 metrdir. Ən böyük budağın diametri isə 2,2 metr təşkil edir.

General Şermanın yaşı

Son qiymətləndirmələrə görə, ağacın yaşı təxminən 2200 ildir, lakin bəzi hesablamalar daha qədim ola biləcəyini göstərir. Hər halda, bu ağac Roma imperiyasının başlanğıcından əvvəl torpaqdan çıxıb - imperiya eramızdan əvvəl 27-ci ildə yaranıb.

Bu nəhəng seqvoya (Sequoiadendron giganteum) hündür, yaşıl, qırmızımtıl-qəhvəyi qabığa malik olan ağacdır. ABŞ-ın Kaliforniya ştatındakı Sequoia Milli Parkında yerləşən nəhəng seqvoya meşəsinin bir çox böyük ağaclarından biridir.

General Şerman hazırda mövcud olan ağaclar arasında həcminə görə ən böyükdür. Lakin ən hündür, ən geniş və ya ən qədim ağac deyil.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
qaynarinfo.az

1Sources