EN

Millimizin kapitanı: "Qışdakı təkliflərə isti yanaşmadım, ürəyimcə deyildi"

"Türkiyədə hər şey qaydasındadır. Turnir cədvəlində 6-cı pillədəyik. Təbii ki, bununla kifayətlənmək fikrimiz yoxdur, üst pillələrə qalxmaq istəyirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı, Türkiyənin yüksək liqa təmsilçisi olan “Yüksekova”nın futbolçusu Sevinc Cəfərzadə deyib.

O, xarici klublardan təklif aldığını, amma hazırkı komandasında qalmağa qərar verdiyini gizlətməyib:

"Qışda bəzi təkliflərə isti yanaşmadım. Ya da, belə deyim ki, ürəyimcə olan təkliflər deyildi. Həmçinin qeyd edərdim ki, mənim klubumla maya qədər müqaviləm var. Özüm də mövsümün sonuna qədər burada oynamaq istəyirəm. Fokuslanmışam komandama".

Cəfərzadə qış fasiləsində klublarını dəyişən millimizin digər üzvləri, o cümlədən “Hamburq”a keçən Nigar Mirzəliyev haqda danışıb: "Bütün qızlarımızın klublarının olması çox gözəl haldır. Əgər legioner həyatı yaşayırlarsa, bu da çox yaxşıdır. Düşünürəm ki, oynadıqları hər bir komanda onların inkişaf etməsi üçün böyük rol oynayıb. Təbii ki, komanda dəyişmək bəzən yeni bir addım kimi qəbul olunur. Düşünürəm ki, hər biri doğru qərar verib, hər birinə uğurlar arzu edirəm. Azərbaycanı xarici ölkələrdə təmsil edirlər. Beləliklə, qadın futbolumuzun inkişafı üçün bu transferləri mühüm hallardan biri kimi qeyd etmək istəyərdim. Bəli, Nigar "Hamburq"a keçdi. Bundesliqada oynamaq heç də asan deyil. Çünki orada rəqabət çox güclüdür. Buna baxmayaraq, Nigarın bu rəqabətə tab gətirib, yerini yerini bərkidəcəyinə və özünü ən yaxşı tərəfdən göstərəcəyinə inanıram. Həm Nigar, həm də digər bütün qızlarımıza uğurlar arzulayıram".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
13
1
sportal.az

2Sources