EN

Qızıl medal qazanan gimnast: Mən yarışlar zamanı özümlə mübarizə aparıram

Bakı, 22 fevral, AZƏRTAC

Bu yarış mövsümün startı olduğu üçün çox yaxşı hazırlaşmışdım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanan tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin deyib.

O, ötən il psixoloji cəhətdən çətin dönəmlər keçirdiyini söyləyib: “Hələ də bununla mübarizə aparıram. Nəhayət bu dəfə özümü topladım və yaxşı çıxışla qızıl medal qazandım”.

İdmançı komanda yoldaşı Tofiq Əliyevlə birgə fəxri kürsüdə yer almasına da münasibət bildirib: “Yarışlarda rəqiblərin kim olması ilə maraqlanmıram. Mən özümlə mübarizə aparıram. Diqqətimi cəmləyərək performansımı nümayiş etdirirəm”.

Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi Dünya Kubokuna bu gün yekun vurulacaq.

Chosen
15
2
azertag.az

3Sources