EN

“Real”ın üçlü transfer planı: Madrid klubu keçmiş futbolçularını geri qaytarır

Madridin "Real" klubu heyətini gücləndirmək üçün maraqlı addım atmağa hazırlaşır. Rəhbərlik vaxtilə komandadan ayrılan üç gənc futbolçunu geri alma hüququndan yararlanaraq yenidən heyətə cəlb etməyi planlaşdırır.

İdman.Biz "90min" nəşrinə istinadla xəbər verir ki, madridlilər "Komo"da çıxış edən mərkəz müdafiəçisi Hakobo Ramonu səkkiz milyon avro (16 milyon AZN) və onun komanda yoldaşı, hücumameyilli yarımmüdafiəçi Nikolas Pası doqquz milyon avro (18 milyon AZN) qarşılığında geri almaq niyyətindədir. Bundan əlavə, "Ştutqart"ın dayaq yarımmüdafiəçisi Çema Andresin də 10 milyon avro (20 milyon AZN) qarşılığında geri qaytarılması nəzərdən keçirilir.

Xatırladaq ki, "Real" son turda səfərdə "Osasuna"ya 1:2 hesabı ilə məğlub olub. Əgər "Barselona" "Levante" üzərində qələbə qazanarsa, Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda La Liqanın turnir cədvəlində ikinci pilləyə enə bilər.

İdman.Biz
Chosen
21
1
idman.biz

2Sources