EN

Məğlubiyyətin səbəbkarı kimi Arda Güler göstərildi

"Real"ın La Liqanın 25-ci turunda səfərdə "Osasuna"ya 1:2 hesablı gözlənilməz məğlubiyyəti böyük rezonans doğurub. 90+1-ci dəqiqədə buraxılan qolla xalsız qalan "Kral klubu"nda əsas tənqid hədəfi türkiyəli gənc ulduz Arda Güler olub.

İdman.Biz xəbər verir ki, matça start heyətində başlayan və 83 dəqiqə meydanda qalan 20 yaşlı futbolçunun çıxışı İspaniyanın aparıcı idman nəşrləri tərəfindən bəyənilməyib.

"Marca" nəşri Ardanın oyunda iştirakının çox aşağı olduğunu qeyd edib: "Türk futbolçu "Real"ın oyununda demək olar ki, yer almır və komanda bunun mənfi təsirini ciddi şəkildə hiss edir".

"AS" qəzeti isə gənc istedadın effektivlikdən uzaq olduğunu vurğulayıb: "Arda çox təsirsiz idi. Sağ ayağı ilə vurduğu zərbə az fərqlə auta keçsə də, ümumilikdə meydanda görünmədi. Dəstək tapa bilməyən futbolçu "Osasuna"ya qarşı heç nə ilə yadda qalmadı".

"Mundo Deportivo" isə futbolçunun istedadının bəzi anlarda parladığını, lakin ümumi performansının olduqca sönük qaldığını yazıb.

İdman.Biz
Chosen
14
1
idman.biz

2Sources