EN

Netanyahu ELAN ETDİ: Bu 6 dövlət birləşir – Adı da bəllidir

Yaxın Şərqdə radikal bloklara qarşı yeni qlobal ittifaqlar şəbəkəsi formalaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat yayıb.

Baş nazir bildirib ki, söhbət Hindistan, bir sıra ərəb və Afrika ölkələri, Aralıq dənizi tərəfdaşları – Yunanıstan və Kipr, eləcə də bəzi Asiya dövlətlərini əhatə edəcək “Altıbucaqlı ittifaq” modelindən gedir.

Onun sözlərinə görə, bu format təhlükəsizlik, iqtisadi əməkdaşlıq və strateji koordinasiya sahələrində sıx tərəfdaşlıq mexanizmini nəzərdə tutur.

Netanyahu vurğulayıb ki, təşəbbüsün əsas məqsədi Yaxın Şərqdə həm radikal şiə, həm də radikal sünni istiqamətli qruplaşmalara qarşı ortaq mövqe formalaşdırmaqdır.

Baş nazir qeyd edib ki, yeni platforma regionda sabitliyin möhkəmləndirilməsinə, təhlükəsizlik risklərinin azaldılmasına və dövlətlər arasında uzunmüddətli strateji əməkdaşlığın qurulmasına xidmət etməlidir.

Chosen
1
1
editor.az

2Sources