EN

"Neftçi"li açıqladı: "Qarabağ"la görüşə hazırlaşmaq bizim üçün vacibdir"

Yuri Vernidub "Neftçi"də yaxşı istiqamətə dəyişikliklər etməyi bacarıb.

"Ağ qaralar" onun gəlişindən sonrakı 6 matçda məğlub olmayıb.

Son 3 görüşdə isə ardıcıl qələbələr əldə olunub.

Komandanın inkişafda olduğunu demək olar.

Qarşıdan isə "Qarabağ"la görüşün təxirə salınması səbəbindən iki həftəlik məcburi fasilə gəlir.

Bu məqam idman formasına necə təsir edə bilər?

Bakı təmsilçisinin mərkəz müdafiəçisi İqor Ribeyro Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Əlbəttə, görüşün keçirilməsini istərdik. Amma bizdən asılı olmayan səbəblərdən qarşılaşma təxirə salındı.

İstər indi, istərsə də başqa vaxtda həmin görüşə hazırlaşmaq bizim üçün vacibdir.

Nə vaxt keçirilməsinə qərar verilməsindən asılı olmayaraq "Qarabağ"la görüşə ciddi hazırlaşacağıq".

XANOĞLAN

Chosen
20
sportinfo.az

1Sources