EN

Berlində avtobus qəzasında azı 12 nəfər xəsarət alıb

Berlində avtobusun iştirakı ilə baş verən qəza nəticəsində azı 12 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti polis nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla saat 13:30 radələrində (Bakı vaxtı ilə 16:30) baş verib. İlkin məlumata görə, "VW Touran" markalı avtomobil yol ayrıcında avtobusla toqquşub, zərbənin təsirindən avtobus zolaqdan çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təxminən 60 yanğınsöndürmə xidməti əməkdaşı cəlb olunub.

"Biz 12 yaralıya yardım göstərdik və onları xəstəxanalara çatdırdıq. Bir nəfərin vəziyyəti kritikdir. O, təcili yardım həkiminin müşayiəti ilə xilasedici helikopterlə klinikaya aparılıb", - deyə yanğınsöndürmə xidmətinin nümayəndəsi "Bild"ə bildirib. Mövcud məlumata görə, avtobus sürücüsü və 10 sərnişin yüngül xəsarətlər alıb.

Chosen
13
far.az

1Sources