İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, "Liverpul" səfərdə "Nottingem Forest"in qonağı olub.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
22 fevral
"Nottingem Forest" - "Liverpul" - 0:1
Qol: A.Mak Allister, 90+7
Qeyd edək ki, bu qələbə ilə xallarını 45-ə çatdıran "Liverpul" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 27 xalı olan "Nottingem Forest" isə 17-ci sırada yer alıb.