EN

"Liverpul"a bir qol bəs etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 27-ci turunun "Nottingem Forest" və "Liverpul" komandalarının qarşılaşdığı oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Nottingemdə yerləşən "City Ground" stadionunda oynanılan görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. 

Görüşün əsas vaxtının son dəqiqələri dramatik alınıb. 89-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Aleksis Mak Allister fərqlənsə də, VAR baxışından sonra qol qeydə alınmayıb. Lakin futbolçu 90+7-ci dəqiqədə yenidən səhnəyə çıxaraq bu dəfə komandasına qələbə qazandıran topu vurub.

Bu nəticədən sonra “Liverpul” xallarını 45-ə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Nottingem Forest” isə 27 xalla 17-ci sırada qərarlaşıb.

Növbəti turda “meşəçilər” martın 1-də səfərdə "Brayton" ilə üz-üzə gələcək. “Qırmızılar” isə fevralın 28-də doğma meydanda "Vest Hem Yunayted"i qəbul edəcək.

Chosen
17
90deqiqe.az

1Sources