EN

Tokioda "Skytree" qülləsində lift xarab olub: 1200 nəfər qüllədə qalıb

Tokioda "Skytree" qülləsində lift xarab olub: 1200 nəfər qüllədə qalıb

Tokiodakı "Skytree" qülləsinin müşahidə meydançasında olan təxminən 1200 ziyarətçi, içərisində 20 nəfərin olduğu liftin təxminən altı saat hərəkətsiz qalması səbəbindən orada bloklanıb. AFN.az xəbər verir ki, qüllənin operator şirkətinin məlumatına görə, bütün liftlərin yoxlanılması ilə əlaqədar bazar ertəsi günü müşahidə meydançaları ziyarətçilər üçün bağlı olacaq.

Hadisə bazar günü yerli vaxtla saat 20:15-də, müşahidə meydançalarına xidmət edən dörd liftdən birinin təxminən 30 metr hündürlükdə dayanması ilə baş verib. Kabinada qalanlar gecə saat 02:02-yə qədər, yəni təxminən altı saat orada qapalı qalıblar. Xilasetmə əməliyyatı zamanı qonşu lift eyni hündürlüyə qaldırılıb və insanlar qəza qapıları arasından atılan körpü vasitəsilə təxliyə ediliblər.

Eyni zamanda, yerli medianın məlumatına görə, hadisə anında müşahidə meydançalarında aşağı düşə bilməyən 1200-ə yaxın insan olub. Lakin təxminən üç saat ərzində onların hamısı digər işləyən liftlərdən istifadə edərək aşağı düşməyi bacarıblar.

Liftin sıradan çıxma səbəbləri hələlik məlum deyil. Qüllənin operator şirkəti hadisəyə görə üzr istəyib. Nəticədə, Yaponiyada imperator Naruhitonun ad günü münasibətilə bayram günü olan bazar ertəsi müşahidə meydançalarının bağlanmasına qərar verilib. Bilet alan hər kəsə pullarının geri qaytarılacağı vəd edilib.

Chosen
18
afn.az

1Sources