EN

Misirə giriş vizası martın 1-dən bahalaşacaq

Misirə giriş vizası martın 1-dən bahalaşacaq

Misirə giriş vizasının qiyməti 2026-cı il martın 1-dən etibarən 5 dollar artacaq. AFN.az xəbər verir ki, bu barədə Misirin "Sada el-Balad" telekanalı məlumat yayıb. Bildirilir ki, martın əvvəlindən etibarən vizanın qiyməti 30 dollar təşkil edəcək.

Müvafiq qərar barədə memorandum Misir Turizm Palataları Federasiyası tərəfindən yayılıb, lakin qiymət artımının səbəbləri barədə rəsmi məlumat verilməyib. Qeyd edək ki, 2025-ci ilin dekabrında Misir prezidenti Əbdülfəttah əs-Sisi giriş vizaları üçün rüsumun yuxarı həddinin müəyyən edilməsi barədə fərman imzalamışdı.

Vizaların bahalaşması barədə qanun layihəsi daha əvvəl ölkənin Xarici İşlər Nazirliyi tərəfindən parlamentə təqdim olunmuş və noyabrda bəyənilmişdi. Yerli turizm sektorunun nümayəndələri və rəsmi şəxslər bu qərarı tənqid edərək, viza rüsumunun artırılmasının Misirin turizm bazarındakı mövqelərini zəiflədə biləcəyindən və turist axınına mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.

Chosen
23
afn.az

1Sources