EN

Fransa ABŞ səfirini XİN-ə çağırmağa hazırlaşır

Fransa hökuməti Donald Trump administrasiyasının ifrat sağçı fəalın ölümü ilə bağlı açıqlamalarına etiraz olaraq ABŞ səfiri Charles Kushner-i Xarici İşlər Nazirliyinə çağırmağa hazırlaşır. Bu barədə Jan-Noel Barron bildirib.

Bəyanat ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Bürosunun X platformasında yaydığı paylaşım fonunda verilib.

İfrat sağçı fəal Kventin Derank ötən həftə Lyon şəhərində baş verən toqquşma zamanı döyüldükdən sonra aldığı ağır beyin xəsarətlərindən vəfat edib. Hadisə qarşıdan gələn seçkilər öncəsi siyasi gərginliyi artırıb. Emmanuel Macron isə ölkədə sakitliyə çağırış edib.

Barron bildirib ki, Fransa bu faciə ilə bağlı “siyasi fərziyyələri” qəbul etmir. ABŞ Dövlət Departamenti isə zorakı radikal solçuluğun artdığını və hadisənin ictimai təhlükəsizlik risklərini göstərdiyini vurğulayıb.

Fransa tərəfi səfir Kuşnerlə digər məsələləri də müzakirə etməyi planlaşdırır. Bunlara ABŞ-ın Thierry Breton və Nicolas Guillou ilə bağlı sanksiyaları, eləcə də Beynəlxalq Cinayət Məhkəməsi ətrafındakı qərarlar daxildir.

Gülnar 

Chosen
21
1
anews.az

2Sources