Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, 2025-ci ildə ölkəyə daxil olan beynəlxalq birbaşa investisiyaların məbləği 2024-cü illə müqayisədə 12,2 faiz artımla 13,1 milyard dollara çatıb. Bu artım Türkiyənin qlobal investisiya axınlarının məhdud bərpasına baxmayaraq investisiya cəlb etmək qabiliyyətini qoruduğunu göstərir.
Hafta.az yazır ki. Avropa ölkələri Türkiyəyə ən çox investisiya qoyan ölkələrin siyahısında üstünlük təşkil edir,
Ötən il Niderland 2,863 milyard dollarla Türkiyəyə ən çox investisiya qoyan ölkələr arasında birinci yeri tutub. Niderlanddan sonra 1,164 milyard dollarla Lüksemburq və 1,138 milyard dollarla Qazaxıstan gəlir.
İlk onluğa daxil olan digər yeddi ölkə bunlardır: Almaniya, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Birləşmiş Krallıq və İrlandiya.
Məlumata əsasən, 2025-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 289 milyon dollar olub.