EN

Trampın villasına soxulmaq istəyən şəxs güllələnib

22 fevral bazar günü gecəsi ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo mülkünü əhatə edən təhlükəsiz əraziyə daxil olan şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən güllələnib.

Herbiand.az xarici mənbələrə istinasən xəbər verir ki, güllələnən şəxsin Şimali Karolina ştatının Kameron şəhərindən olan 21 yaşlı rəssam Austin Taker Martin olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının mətbuat açıqlamasında bildirilir ki, bazar günü gecəsi Martinin qohumu onun şənbə axşamından bəri itkin düşdüyünü şerifin ofisinə bildirib və bundan sonra o, milli itkin düşmüş şəxslər bazasına əlavə edilib. Federal hakimiyyət orqanları daha sonra şerifin ofisinə "Floridada Martinlə bağlı aktiv araşdırma" barədə məlumat veriblər.

Chosen
31
herbiand.az

1Sources