Goranboyda azyaşlı ölüb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb. Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.