EN

Həftəsonu 116 cinayətin üstü açılıb

Fevralın 21-22-də Azərbaycanda 116 cinayətin açılması təmin edilib. Bu barədə DİN-in Mətbuat Xidməti bildirilib.

Hüquq-mühafizə orqanları axtarışda olan 78 nəfəri, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfəri saxlayaraq aidiyyəti üzrə təhvil verib. Həmçinin 49 narkotik faktı və 53 qanunsuz silah-sursat faktı aşkarlanıb.

Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.

Hadisələrlə bağlı araşdırmalar davam edir.

Gülnar 

Chosen
17
anews.az

1Sources