EN

"Güldür Güldür"də Güneli parodiya etdilər - VİDEO

Türkiyənin məşhur yumor proqramı "Güldür Güldür Show"un son buraxılışında azərbaycanlı müğənni Günel Zeynalova ilə bağlı səhnə təqdim olunub.

Milli.Az xəbər verir ki, proqramda sənətçinin obrazı parodiya edilib.

Səhnəcikdə aktrisa Ecem Erkek Günelin məşhur "Didem" mahnısını səsləndirib. O, ifa zamanı müğənninin tamaşaçılar tərəfindən yaxşı tanınan və zamanla simvolik xarakter alan rəqs hərəkətlərini də canlandırıb.

Bununla yanaşı, aktrisanın səhnə obrazı xüsusi qrim vasitəsilə Günelin uşaqlıq illərindəki görünüşünə bənzədilib. Parodiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub və izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa
Milli.Az

Chosen
11
1
milli.az

2Sources